XİN: Cinayətkarlar ədalətdən qaça bilməyəcək və məsuliyyət daşıyacaqlar
    • 28-10-2020, 17:21
    • 373

XİN: Cinayətkarlar ədalətdən qaça bilməyəcək və məsuliyyət daşıyacaqlar

“Təcavüzkar Ermənistan ordusu tərəfindən Azərbaycanın Bərdə şəhərinə “Smerç” raketləri atılıb. Yenə də münaqişə bölgəsindən uzaqda yaşayan dinc əhaliyə qarşı xain bir hücum həyata keçirildi!”

News24.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Bu müharibə cinayətlərinə səssiz qalmaq təhrik etməyə bərabərdir! Cinayətkarlar ədalətdən qaça bilməyəcək və məsuliyyət daşıyacaqlar”, - deyə qeyd olunub.