-
- 13-10-2018, 15:10
- 1 274
Sumqayıtda kimsəsiz qadının evini əlindən almaq üçün, onu dəli adlandırır, ölümlə hədələyirlər -İDDİA
Redaksiyamıza şikayət daxil olub. Qaydasız döyüş üzrə Azərbaycan çempionu Tural Sadiqov News24.az redaksiyasına zəng vuraraq qonşuluğunda yaşayan kimsəsiz bir qadına Mənzil - Kommunal İsrismar Sahəsinin rəhbərliyi tərəfindən zülm edildiyini bildirib.
Tural Sadiqovun dediyinə görə, Sumqayıt Şəhərinin III mikrarayonunda, Heydər Əliyev prospektində, 4 sayli dövlət notariat kontorunun yaxınlığında yerləşən binada kimsəsiz bir qadına 18 saylı Mənzil-Kommunal Təsərrüfatının rəhbərliyi tərəfindən zülm edilir.
Heç kimi olmayan İsmayılova Xanım Qulamhüseyin qızının evini əlindən almaq üçün ona müxtəlif əziyyətlər verilir. Hətta idmançının iddiasına görə, MKT işçiləri qadını qorxudaraq, onu öldürməklə hədələyən,sirli adamlardan qorumaq üçün onun pensiyasından hər ay 50 manat tuturlar. Bu da azmış kimi qadının psixioloji xəstəliklərinin olmasını əsas gətirərək, onu psixiatriya dispanserinə yerləşdirmək istəyirlər.
Xanım İsmayılovanın özünün söylədiyinə görə, o yarı ac, yarı tox yaşayır, zibillikdən çörək toplayıb yeyir. Dəfələrlə MİS rəisi Müşfiq Baxşəliyeva müraciət etdiyini bildirən şikayətçi, ondan qorxduğunu və gəlkəcəkdə başına gələcək bütün işlərdə Baxşəliyevin məsulliyyət daşıyacağını deyib.
Məsələni araşdırmağa davam edəcəyik. Qarşı tərəfin fikrini işıqlandırmağa hazırıq.
Şikayətini Xanım İsmayılovanın öz dilindən eşidək: