Qaradağdakı dəhşətli qəzanın canlı şahidi danışdı - Öz canımla əlləşirdim... - VİDEO
    • 12-07-2018, 13:15
    • 3 688

Qaradağdakı dəhşətli qəzanın canlı şahidi danışdı - Öz canımla əlləşirdim... - VİDEO

Bu gün səhər saatlarında Qaradağ rayonunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində bir nəfər ölüb, çoxlu sayda yaralı var. Yaralılar şəhərin müxtəlif xəstəxanalarına yerləşdirib. 1 nəfər Respublika Kilinik Xəstəxanasına, 2 nəfər Ələtdə poliklinikaya, 7 nəfər isə, 1 sayılı şəhər Kiliniki Tibbi Mərkəzinə gətirilib.

News24.az əməkdaşları olaraq Kiliniki Tibbi Mərkəzə baş çəkdik. Xəstəxananın baş həkiminin müavini Adil Salahovdan yaralıların hazırki durumuyla bağlı məlumat almaq istədik. O, səbəbsiz yerə məlumat verməkdən yayındı, yaralılarla əlaqə yaratmağa imkan verilmədi. 

Xəstəxananın həyətində müayinə bitdikdən sonra vəziyyəti yaxşı olduğu üçün evə buraxılan qəzanın canlı şahidi Əsgər Nəsirovu danışıdırdıq.

Xəstəxananın həyətində yaralananların qohum-əqrabası  xəbər gözləyirdilər. Yaralının qardaşı Pənah Həsənov və bacısı oğlu onun durumundan danışdı.

Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun 149- cu kilometrloyində baş verib: “Yük maşını gəldiyi sürətlə avtobusa çırpılıb. Hadisəyə səbəb isə, yük maşınının sürücüsünün sükan arxasında yatması olub. 

News24.az həmin videonu sizə təqdim edir:

Müxbir: Elvin Nüsrətoğlu

Video: Nurlan Gülməmmədov