İzmirdəki zəlzələdə ölənlərin sayı 58 NƏFƏRƏ ÇATDI - YENİLƏNDİ
    • 1-11-2020, 10:12
    • 500

İzmirdəki zəlzələdə ölənlərin sayı 58 NƏFƏRƏ ÇATDI - YENİLƏNDİ

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində ölənlərin sayı artıb.

News24.az xəbər verir ki, bu barədə məlumatı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan verib.


Prezidentin sözlərinə görə, indiyədək 58 nəfər zəlzələdən həlak olub, 896 nəfər yaralanıb.


Türkiyənin İzmir şəhərində yeraltı təkan sonucunda ölənlərin sayı artıb.


News24.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca verib.
Məlumata görə, zəlzələdən həlak olanların sayı 55-ə yüksəlib.

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 51 nəfərə çatıb. 

News24.az xəbər verir ku, bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay məlumat verib.
 
F.Oktay bildirib ki, yaralı sayı 896 nəfərdir və onlardan 8-i intensiv terapiya şəraitində müalicə alır.


Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 49-a yüksəlib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. /report.az


Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.


News24.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
Bildirilib ki, hazırda 229 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.