Düşmənin ötən gün məhv edilən texnikasının sayı açıqlandı
    • 2-11-2020, 08:29
    • 417

Düşmənin ötən gün məhv edilən texnikasının sayı açıqlandı

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bu barədə News24.az-a Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.