ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşdü
    • 2-11-2020, 17:16
    • 774

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşdü

Noyabrın 2-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun minaxtaranı, 1967-ci il təvəllüdlü Zeynalov Telman Bərbir oğlu Cəbrayıl rayonu ərazisində minatəmizləmə əməliyyatı həyata keçirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə (PMN-Э) minaya düşüb.

Bu barədə News24.az-a ANAMA-dan bildirilib.

Partlayış nəticəsində onun sol ayağı topuq nahiyəsindən amputasiya  olunub. Hazırda, T.Zeynalov Füzuli rayonu Diaqnostika Mərkəzinə yerləşdirilib və vəziyyəti stabil ağırdır.