Nazir DSMF-nin 11 rayon şöbəsinin müdirini işdən çıxardı
    • 12-07-2018, 13:56
    • 1 202

Nazir DSMF-nin 11 rayon şöbəsinin müdirini işdən çıxardı

Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi, mövcud olan neqativ halların qarşısının alınması, qərar qəbul etmə prosesində şəffaflığın artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafq əmri ilə bu ilin 30 aprel tarixində yaradılmış İşçi Qrupun növbəti iclası olub.

News24.az-ın məlumatına görə İclasa sədrlik edən mək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 11 rayon şöbəsinin rəhbəri işlərində yol verdikləri qüsurlara görə işdən azad edilib.