“Azərbaycan şirkətlərinə qarşı terror aktları ola bilər” - Hikmət Hacıyev
    • 3-11-2020, 15:20
    • 555

“Azərbaycan şirkətlərinə qarşı terror aktları ola bilər” - Hikmət Hacıyev

“Ermənistan öz arsenalında olan ağ fosforlu silahlardan geniş şəkildə istifadə etməyə başlayıb”.

News24.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

O bildirib ki, bu yaxınlarda Füzuli rayonunda fosforlu silahın 3 mərmisi tapılıb və ANAMA tərəfindən zərərsizləşdirilib: “Bu mərmilər partlamır, torpağı dəlib içəri girirlər. Fosforlu silahlar tənəffüs yolları ilə bədənə daxil olaraq zəhərləyir, dəriyə toxunduqda sümüyə kimi yandıra bilirlər. Ermənistan bundan öncə də ballistik raketlər və ağır artilleriyadan Azərbaycanın mülki əhalisinə qarşı istifadə edib. Azərbaycanın Gəncə, Bərdə, Naftalan, Tərtər və digər rayonlarına Ermənistan tərəfindən raket atılıb. 

Ermənistanın Azərbaycana qarşı assimetrik və hibrid müharibəyə başlamaq niyyəti barədə məlumatlar daxil olub. 

Ermənistan assimetrik, yəni terror vasitəsilə aparılan müharibəyə başlamağa hazırlaşır. Ermənistan tərəfindən Azərbaycana qarşı belə planlar və niyyətlər var. Xaricdə olan vətəndaşları xüsusilə diqqətli olmağa çağırırıq. Azərbaycan brendini daşıyan şirkətlərə qarşı terror aktları ola bilər”.