Ruhi Əliyeva Xədicə ilə bağlı dövlət orqanlarına müraciət etdi - VİDEO
    • 6-11-2020, 10:01
    • 971

Ruhi Əliyeva Xədicə ilə bağlı dövlət orqanlarına müraciət etdi - VİDEO

Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyeva oktyabrın 17-də gecə saatlarında Gəncəyə işğalçı Ermənistanın raket atması nəticəsində valideynlərini və böyük bacısını itirən Xədicə ilə bağlı dövlət orqanlarına müraciət edib.

News24.az xəbər verir ki, "Facebook" hesabında azyaşlı Xədicənin qohumları tərəfində psixoloji travmaya məruz qalmasının görüntülərini yayımlayan R.Əliyeva onu övladlığa götürmək istədiyini bildirib:"Dəhşətdir, faciədir, hazırda keçirdiyim hiss və həyəcanı  çatdırmaqda belə çətinlik çəkirəm. Bu necə davranışdır körpəylə? Xədicə zatən ciddi travma alıb və bəlkə də o körpə ölməyi belə üstün tutur hazırda... Ölməyin nə olduğunu belə bilmədən... Xədicənin hadisəsini eşidəndən onu övladlığa götürmək və doğma qızım kimi böyütmək istəyimi bildirdim. Cavab aldım ki, Xədicəyə hansısa qohumu yiyə çıxıb. Budurmu yiyə çıxmaq? Budurmu bütün ailəsini bir gecədə itirib tək qalmış övladı ağuşuna alıb, onun yaralarını sarmaq?.. Aiddiyyatı dövlət orqanlarına müraciət edərək bildirirəm ki, Xədicəni övladlığa götürmək və öz balam kimi böyütmək istəyirəm! Səsimə səs verin, Xədicəni bu dəhşətdən xilas edək... Xədicə nəzir qutusu deyil, olmamalıdır! Xədicəni xilas etmək hamımızın borcudur!"