Elçin Cəfərov və xanəndələr arasında QALMAQAL - VİDEO
    • 15-10-2018, 11:05
    • 1 053

Elçin Cəfərov və xanəndələr arasında QALMAQAL - VİDEO

Müğənni Elçin Cəfərovun "ATV maqazin 10larla" verilişinə etdiyi açıqlaması qalmaqala səbəb olub. 

News24.az xəbər verir ki, saçlarını rəngləyən muğam ifaçılarını məxsərəyə qoyan E.Cəfərova xanəndələrdən sərt reaksiya gəlib. 

Belə ki, xalq artisti Teyyub Aslanov, əməkdar artistlər Zakir Əliyev, Babək Niftəliyev, Ehtiram Hüseynov bunu muğam ifaçılarına qarşı təhqir hesab ediblər.

Yayımlanan süjetdən sonra qalamqalın səbəbkarı Elçin Cəfərov şəxsi instagram hesabında xanəndələrin hər birinə ayrı-ayrılıqda cavab verib:

"Bu gün "ATV maqazin 10larla"-da mənim səmimi, zarafatyana deyilmiş, içində heç bir təhqir olmayan, lakin doğruluq payı olan sözümün xanəndələr tərəfindən belə aqressiv qarşılanacağını düşünməzdim. Mən heç kəsin sənəti ilə bağlı heç bir fikir bildirmədim. 

1. Hörmətli Babək Niftəliyev - Sizin sözünüzdən belə çıxır ki dövlət tərəfindən verilmiş ada sahib olan sənətçilər istədikləri sözü hər hansı bir sənətçiyə rahatlıqla deyə bilər. Mən "kimsə" yox, uşaqlıqdan səhnədə xalqımın zövqünə oxşayan, və çox şükür ki hər baxımdan özümü təsdiqləmiş bir sənətçiyəm!.

2. Hörmətli paralel sinif yoldaşım - İlkin Əhmədov - Xatırladım ki mənim musiqi təhsilim muğam üzrədir və biz yaşıdıq. Sənətimin kiçikliyinə və böyuklüyünə isə sən yox, xalq qərar verə bilər!

3. Hörmətli Zakir Əliyev - Mənə verilən sual əsasında öz fikrimi söylədim və heç kimin də xətrinə dəyəsi söz demədim, lakin siz bunu birbaşa sənətə bağlayırsınız. Siz özünüz də yaxşı bilirsiniz ki mənim sənətim var, yoxsa yoxdur!

Əlavə olaraq qeyd etmək istəyirəm ki, mən RİG -də Tükəzban İsmayılova, Mələkxanım Əyyubova, ADMİU-da isə Tələt Qasımov və İslam Rzayevdən muğam təhsili almışam. Heç kəslə qarşı qarşıya oxumaqdan da çəkinmirəm!

Bu mehribançılığınız və birliyiniz məni çox sevindirdi".

Teymur Məmmədov