-
- 8-11-2020, 18:50
- 847
Bayram Səfərov: "Şuşa həmişə yuxularıma girib"
“Şuşanın küçələrini, kəndlərini, hər bir daşını gözəl tanıyıram”.
Bunu News24.az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
Bayram Səfərov bildirib ki, bundan gözəl və xoş gün ola bilməz: “Şuşadan 1992-ci ildə 40 yaşımda çıxmışam. Allah Prezidentimizi və əsgərlərimizi qorusun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Əhvali-ruhiyyəmiz çox gözəldir. Bugünkü xəbəri şuşalılarla birgə qarşıladım.
Cənab Prezident Şuşada yeni icra hakimiyyətini necə məsləhət görsə, elə də quracayıq. Mən bir neçə gün əvvəl hiss etmişdim ki, artıq Şuşa gəlir. Şuşa hər zaman yuxularıma girib. 30 il ərzində heç vaxt mənəvi olaraq Şuşadan ayrı qalmamışam. Evimizin açarlarını isə qardaşım özü ilə gətirib”.