Uşaq oğurluğunda günahlandırılan qadın danışdı - VİDEO
    • 15-10-2018, 12:17
    • 2 800

Uşaq oğurluğunda günahlandırılan qadın danışdı - VİDEO

Bir neçə gün öncə sosial şəbəkələrdə uşaq oğurluğunda ittiham olunan bir qadının foto şəkilləri yayılmışdı. Gündəmi zəbt edən bu məsələ şişirdilib, böyüdüldü, hər kəs panika və həyəcana düşdü.

Bu gün isə adı böyük cinayətdə hallanan həmin xanım özü sosial şəbəkələr vasitəsilə danışaraq ağır iftiraya uğradığını və uşaq oğurluğunda əli olmadığını söylədi.

"Mən tək yaşamışam. Xəstəyəm. Yolda insanlar mənim qarşımı kəsir. Deyirlər ki, sizin şəkliniz internetdə gəzir. Mənim savadım da yoxdur. Elə şey olar? Yoldan keçən şəxsin şəklin çəkib internetə verərlər? Mən xəstəlik tapmışam. Ölürəm", - deyə qadın əlavə edib. 

News24.az həmin videoçarxı təqdim edir: