Ermənistanda koronavirusa yoluxanların sayı 110,5 min nəfəri keçdi
    • 11-11-2020, 11:16
    • 435

Ermənistanda koronavirusa yoluxanların sayı 110,5 min nəfəri keçdi

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 110 687 nəfərə yüksəlib.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərin profilaktikası və nəzarət mərkəzi məlumat yayıb.

Ermənistanda son sutkada 2 min nəfər virusa yoluxub, 27 nəfər ölüb.

Bununla da koronavirusdan ölənlərin ümumi sayı 1 636 nəfərə çatıb.