-
- 12-11-2020, 14:02
- 637
DTX-nin işğaldan azad edilmiş ərazilərdə idarə və şöbələri fəaliyyətə başlayır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlamışdır.
News24.az xəbər verir ki, Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilmiş və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaqdır.
News24.az xəbər verir ki, Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilmiş və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaqdır.