Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovla GÖRÜŞDÜ - FOTO
    • 12-11-2020, 19:10
    • 738

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovla GÖRÜŞDÜ - FOTO

Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.