Havanın temperaturu 7 dərəcə enəcək - XƏBƏRDARLIQ
    • 13-11-2020, 14:52
    • 578

Havanın temperaturu 7 dərəcə enəcək - XƏBƏRDARLIQ

Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a bildirilib ki, noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.

Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.