-
- 15-10-2018, 16:00
- 1 121
Azərbaycanlılar hansı avtomobillərə üstünlük verirlər?
Ötən doqquz ayda Azərbaycana avtomobil idxalı 2,5 dəfə artıb. Paytaxt yollarında maşın sürmək problemə çevrilsə də, heç kim özünü bu komfortdan məhrum etmək istəmir. Benzin bahalaşdı, avtomobillərin aksiz markası qalxdı, yenə də avtomobil alan alır, satan da satır. Boş yerə qonşularımız gürcülər azərbaycanlıları “oliqarx” adlandırmır, çünki biz komfortu sevirik.
Sedandan cipə oturduq
Beləliklə, xarici brendlərin Azərbaycana ilk gəlişində sedan avtomobillərini görənlər “Bu avtomobillər Bakı küçələri üçün deyil”, - deyirdilər. Bunu nəzərə alan xarici istehsalçılar MDB ölkələrində yolların yararsız vəziyyətini nəzərə alaraq, hündür avtomobillər buraxmağa başladılar. Nəticədə böyük mühərrikli və ölçülü cip avtomobillərinin dar Bakı küçələrindəki əzablı yürüşlərinin şahidi olmağa başladıq.
Bundan sonra Azərbaycanda bahalı avtomobil seqmentinə tələbat yarandı və hazırda ölkəmizdə bütün məşhur brendlərin satış dillerlərinin olduğunu demək olar. Təkcə bir fakt kifayətdir ki, Almaniya səfirliyinə maşın gətirmək üçün müraciət edənlərin hörməti adi turistlərdən daha yüksəkdir. Avtomobil bazarının ən bahalı brendləri – “Bentley” və “Rolls Royce”un satış bazarı da aktivdir.
Ən bahalı maşın 380 min dollardır
Onlayn avtomobil satış portallarında ən bahalı avtomobilin qiyməti 380 min dollardır. Bahalı avtomobilləri, təbii ki, şəxslər öz adından satmadığı üçün onları avtosalonlar təklif edirlər. Ümumiyyətlə, 200 min dollardan baha avtomobillər, əsasən, “Rolls-Royce Wraith”, “Land Rover”, “Mercedec-Maybach”, “Bentley Mulsanne”dir.
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, Azərbaycanda dəyəri 100 mindən baha olan avtomobillərə tələb bazarda ümumi tələbin təqribən 15 faizi həcmindədir.
Onun sözlərinə görə, Azərbaycanda maşın bazarında dəyəri kifayət qədər baha olan, hətta bir milyon manata qədər olan avtomobillər satılır, ancaq bunlar kütləvi deyil, az saydadır və xüsusi sifarişlə gətirilir. Amma avtomobil həvəskarı olan azərbaycanlılar, əvvəlki kimi, lüks brendlərə çox maraq göstərə bilmirlər. Bu brendlərə baxan ayrı bir kateqoriya var ki, onların sayı daim stabildir və təzə gələn ilk modeli gözləyirlər ki, həyatlarında dəyişiklik etsinlər.
40 mindən bahasını səfirlər alır
R.Osmanlı qeyd edib ki, qiyməti 40 min manatdan baha avtomobillərə tələb bir qədər aşağı səviyyədədir.
Bu amil Azərbaycana nəqliyyat vasitələrinin idxalında özünü göstərir:
“Əgər rəsmi nümayəndəliklər il ərzində 40 avtomobil idxal edirsə, onun 35-i orta və ortadan aşağı qiymət kateqoriyasına aid olan avtomobillərdir. Yalnız beşi orta qiymətdən yuxarı olanlardır”.
Bir sözlə, ekonom olsun
Ekspertin sözlərinə görə, Azərbaycanda avtomobil bazarında əsas tələbat qiyməti təqribən 8-15 min manat arasında olan avtomobillərədir.
Çoxluq isə bahalıqdan sonra artmayan əməkhaqqı ilə daha ekonom dolanmağa çalışır. Buna görə ekonom avtomobillərin alqı-satqısı daha aktivdir. Məsələn, avtomobil bazarının onlayn ticarətində hamının tanıdığı Turbo.az-da daha çox mühərriki kiçik və dözümlü olan Koreya maşınları satılır. Bu avtomobillər qiymət baxımından da sərfəlidir.
Xüsusən Koreya istehsalı olan “Hyundai” və “KİA” modellərinin satış bazarı böyükdür. Alıcıların axtardığı da budur: ili təzə, mühərriki balaca və qiyməti ucuz, bir sözlə, ekonom olsun.
Daha bir onlayn satış portalı Avtomobil.az-dan aldığımız məlumata görə, Azərbaycanda ən çox maraq göstərilən və satılan maşın markaları “Hunday”, “Nissan”, “KİA”, “Toyota” markalarıdır. Avtomobil alarkən satıcılar, əsasən, qiymətə və keyfiyyətə önəm verirlər. Burada salonun tərtibatı da çox rol oynayır.
İkinci ev, hətta ikinci arvad!
Ekspert Ramil Osmanlı bu tendensiyanın bir müddət davam edəcəyini bildirib. Onun sözlərinə görə, yanacağın qiymətinin iki dəfə bahalaşması mühərriki kiçik olan avtomobil bazarını gücləndirdi.
“Bu gün azərbaycanlılar universal yolsuzluq avtomobillərinə üstünlük verirlər. Buna görə də küçələrimizdə qabaritli avtomobillər çoxdur. Halbuki qonşu Türkiyədə belə bir mənzərə görə bilməzsiniz”.
Bu məsələdə avtomobil vasitəsilə həyat tərzini göstərmək istəyi də böyükdür. Azərbaycanlılar maşınlarına “ikinci ev”, hətta “ikinci arvad” deyirlər. Ona görə də onun təmtəraqlı görünüşü bəzən birinci evindən üstün olur. R.Osmanlı bu nümayişetmə istəyinin bizdə çox açıq şəkildə rəqabət daşıdığını da vurğuladı.
“200 minlik avtomobillə işə gəlir. Bu, çox gülüncdür. Xarici ölkələrdə avtomobillər istifadə təyinatı nəzərə alınaraq alınıb-satılır. Bizdə isə kimin nə sürdüyü müzakirə mövzusudur”
//oxu.az