28 nəfərə qarşı dələduzluq etdi
    • 17-11-2020, 12:49
    • 576

28 nəfərə qarşı dələduzluq etdi

Yevlax rayon sakini A.Abışova aldadılaraq 550 manat pulu əlindən alınıb. 

News24.az xəbər verir ki, polis əməkdaşlarının Sumqayıtda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən F.İsmayılov müəyyən edilərək saxlanılıb. 

Ətrafında aprılmış tədbirlərlə onun daha 25 nəfərə qarşı dələduzluq etməsi, habelə Sumqayıt şəhər sakinləri olan 2 nəfəri aldadaraq onlardan ümumilikdə 6600 manat pul alması da müəyyən edilib. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.