Xərçəng yaradan 9 amil
    • 15-10-2018, 22:00
    • 1 256

Xərçəng yaradan 9 amil

Xərçəngin inkişafına səbəb olan, bir neçə amil var. Bunlar əsasən səhv qidalanma, kimyəvi şüalanma, günəşin ifrat təsiri, toksik maddələr və genetikadır. Bir çox insan məlumatı olmadığından xərçəng şişlərini inkişaf etdirir.

 Bu yazıda oxucuları xərçəng riskini artıran səbəblərlə tanış edir:

1. Modifikasiya olunmuş ət və süd məhsulları
Təəssüf ki, müasir dövrdə kənd təsərrüfatı heyvanlarının əti süni hormonlarla doludur.
Bu nə deməkdir?
Dərmanlarla saxlanılan heyvanların ətini yemək bizi depressiyaya, xərçəngə, iltihaba və bir çox digər xəstəliklərə meyilli edir.

2. Mammoqrafiya, rentgen və s.
Məlum olduğu kimi, bu tipli prosedurlar çox radiasiya yayaraq xərçəng yaradır. Bəzən hər hansı xəstəliyin olub-olmadığını müəyyən etmək üçün bu testləri etmək lazımdır. Amma onları nə qədər az etsək, sağlamlığımız üçün daha yaxşı olar.
“British Medical Journal” jurnalında dərc edilən araşdırmaya görə, döş xərçəngi profilaktikasına qarşı mammoqrafiyadan keçmək bəzi qadınlarda şişlərin yaranmasına gətirib çıxara bilər.

3. Alüminli dezodorantlar
Bu tip məhsul süd vəzisi xərçəngi yaradır, ona görə də biz təbii və ya evdə düzəldilən dezodorantlar istifadə etməyi məsləhət görürük.

4. Zəhərli kosmetika
Bilirdiniz ki, kosmetik vasitələrin əksəriyyətinə neftdən əldə olunan maddələr qatılır?
Bu məhsulların dəriyə tətbiqi onunla nəticələnir ki, maddələrin bir çoxu asanlıqla qan dövranına keçir. Nəticədə xərçəng hüceyrələri inkişaf edir. Odur ki, təbii və orqanik kosmetikalar alın.
5. Süni dadlandırıcı maddələr
Onların hamısı zərərlidir, lakin əsasən aspartamdan çəkinmək lazımdır. Aspartam ən təhlükəli qida qatqısıdır. Aspartam ilk dəfə həşəratları öldürmək üçün istehsal edilib. O, bakteriya qalığından, daha doğrusu, nəcisimizdə olan bakteriyadan hazırlanır.
Və ən pisi odur ki, aspartam patenti üzrə məsul buraxan şirkət göstərir ki, bu maddədə genetik modifikasiya olunmuş bakteriyalar mövcuddur. Bu maddə meyitlərin mumiyalanması üçün istifadə edilir.

6. Ftorlaşdırılan su
Ftorid çox təhlükəlidir, bu, artıq sübuta yetirilib. O, intellekti və hətta sümükləri, immun sistemini zəiflədir. Odur ki, təmiz su içməyə diqqət edin.

7. Dərman preparatları
Sintetik dərmanların istifadəsindən qaçının. Səhhətinizdəki bəzi problemləri təbii reseptlərin köməyi ilə müalicə etmək olar. Aptekdə satılan bu preparatların çoxu, yalnız öz mənfəət haqqında düşünən korporasiyalar tərəfindən yaradılıb və onların tərkibində xərçəng törədən maddələr var.

8. Süni qida rəngləndiriciləri və konservantlar
Güclü konservantlar orqanizmin hüceyrələrini sanki boğur. Nəticədə xərçəng hüceyrələri inkişaf edir.
Laboratoriya yaradılmış məhsullardan çəkinin, təbii tərəvəz, meyvə, taxıl və toxumlardan istifadə edin.

9. Gigiyenik məhsullar
Dərimizə, dişimizə, saçımıza təmas edən hər şey qanımıza hopur. Vaxtı kemiş və ya mənşəyi bilinməyən məhsullar istifadə etməklə biz xərçəng riskini artırmış oluruq.

Yuxarıda dediyimiz kimi, təbii və orqanik məhsullara üstünlük verin.

//Publika.az