"Allahım özümə gələ bilmirəm..." - FİRƏNGİZ MÜTƏLLİMOVA - FOTO
    • 25-11-2020, 12:21
    • 669

"Allahım özümə gələ bilmirəm..." - FİRƏNGİZ MÜTƏLLİMOVA - FOTO

Xalq artisti Firəngiz Mütəllimova sosial mediadakı paylaşımı ilə diqqət çəkib.

News24.az xəbər verir ki, aktrisa "İnstagram"da ötən gün dünyasını dəyişən Xalq artisti Əjdər Həmidovdan yazıb: "Allahım özümə gələ bilmirəm. Necə vəfasız bir dünyada yaşayırıq. Bu gün varsan sabah yox. Əjdər, sən istedadlı aktyor, səmimi insan , gözəl dost idin. Heyf...ALLAH sənə rəhmət eləsin. Məkanın cənnət olsun. Allah yazanı bəndə poza bilməz. Ailəsinə və bütün sevənlərinə səbr diləyirəm...Nə qədər tamaşalarda tərəf müqabili idik. Əziz dost səni itirdiyimizə hələ də inana bilmirəm".

Sevda Bayramova