Bakıda 23 layihə üzrə söküntü-tikinti işləri aparılır
    • 16-10-2018, 12:47
    • 1 188

Bakıda 23 layihə üzrə söküntü-tikinti işləri aparılır

Prezident İlham Əliyevin sədrliyi ilə  oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci  ilin doqquz ayının  sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş  iclasındakı nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə üçüncü rüb ərzində görülmüş işlər  Nəsimi  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən geniş iclasında ətraflı müzakirə olunub.

İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının  yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verib. 

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  bildirib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RİH məqsədyönlü işləri davam etdirir.
 Rayon ərazisində müəyyən edilmiş ünvanlar üzrə  23 layihə üzrə söküntü-tikinti işləri aparılır.

2018-ci ilin üçüncü rübündə «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.

İclasda  Nəsimi  rayon MKTB-nin rəisi Elman Yahyayev,  Nəsimi rayon Sukanal İdarəsinin rəisi Vaqif Cəbrayıllı, Nəsimi RETSİ-nin rəisi Həbib Əzizov, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Sosial Müdafiə Fondnun Nəsimi rayon şöbəsinin müdiri vəzifəsini icra edən İlham Hüseynov və 1 saylı İstilik Sahəsinin rəisi İlham Bəşirov çıxış ediblər.

 İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər müzakirə olunub.

//Azxəbər.com