TƏBİB:
    • 2-12-2020, 15:20
    • 526

TƏBİB: "Sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər"

"Xəstəliyə yoluxmuş şəxsləri və xüsusilə 65 yaşdan yuxarı şəxsləri evdən çıxmamağa çağırırıq".

News24.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Qaydalara riayət edilməsi sahəsində boşluqlar yaranarsa, sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər”, - o bildirib.