-
- 17-10-2018, 10:12
- 1 155
ABŞ-ın San Xose şəhərində oktyabrın 18-i “Azərbaycanın Müstəqillik Günü” elan edilib
ABŞ-ın Kaliforniya ştatının San Xose şəhəri 2018-ci ilin oktyabrın 18-ini “Azərbaycanın Müstəqillik Günü” elan edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bununla bağlı şəhər meri Səm Likkardo (Sam Liccardo) və Şəhər Şurasının üzvləri tərəfindən müvafiq bəyannamə imzalanaraq qəbul edilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamədə Azərbaycan Demokratik Respublikasının davamçısı olan Azərbaycan Respublikasının yaradılması ilə, ölkəmizin azadlığının və müstəqilliyinin bərpa edildiyi vurğulanıb.
Sənəddə müstəqilliyin bərpasından sonra Azərbaycanın öz suverenliyini və azadlığını gücləndirdiyi və hazırda ABŞ-ın strateji müttəfiqi və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilib. Bəyannamədə həmçinin qeyd olunub ki, Azərbaycan beynəlxalq səviyyədə müsəlman, xristiyan və yəhudilərin birgə sülh və harmoniya şəraitində yaşadığı uğurlu ölkə modeli kimi tanınır.
Sonda oktyabrın 18-i San Xose şəhərində “Azərbaycanın Müstəqillik Günü” elan edilib və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət olunublar.
Qeyd edək ki, Şimali Kaliforniyanın ən böyük şəhəri olan San Xose yüksək texnologiyalar, innovasiya və sosial media üzrə qlobal mərkəz hesab olunan Silikon Vadisinin (Silicon Valley) əsas siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. “Silikon Vadisinin paytaxtı” adlandırılan şəhər ABŞ-ın və dünyanın ən zəngin şəhərlərindən biridir və nüfuzlu Brukinqs İnstitutunun (Brookings Institution) araşdırmasına əsasən, adambaşına düşən ÜDM-nin həcminə görə dünya şəhərləri arasında üçüncü yeri tutur.