Xüsusi sərtləşdirilmiş karantin rejimində supermaketlər, bazarlar və apteklər işləyəcək
    • 8-12-2020, 16:39
    • 429

Xüsusi sərtləşdirilmiş karantin rejimində supermaketlər, bazarlar və apteklər işləyəcək

Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə ərzaq mağazaları (supermaketlər, bazarlar) və apteklərin fəaliyyətinə icazə veriləcək. 

News24.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında əksini tapıb. 

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə yanacaqdoldurma məntəqələri, kimyəvi təmizləmə, avtomobillərin təmiri, avtomobil yuyulma məntəqələri və digər sahələrin fəaliyyətinə icazə veriləcək.