Paradda bu yeniliklər olacaq
    • 8-12-2020, 23:02
    • 628

Paradda bu yeniliklər olacaq

Bakıda keçiriləcək “Zəfər Paradı”ına Müdafiə nazirilinin müavini, general-leytenant Kərim Vəliyev komandanlıq edəcək.

News24.az xəbər verir ki, paradı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qəbul edəcək. 

Paradda öncə Azərbaycan Respublikasının Dövlət Bayrağı və Şuşa şəhərində qaldırılmış bayraq, ardınca torpaqlarımızın işğaldan azad olunmasında xüsusi xidmətləri olan hərbi hissələrin döyüş bayraqları, ardınca isə şəxsi heyət keçid edəcək. 

Paradda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin parad heyəti də iştirak edəcək. /Azeri Defence/