İşıqlar sönərkən tuneldə qalan olubmu?- Rəsmi cavab
    • 12-07-2018, 17:05
    • 1 216

İşıqlar sönərkən tuneldə qalan olubmu?- Rəsmi cavab

Bu gün saat 16.30 radələrində Bakının mərkəzində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Elektrik enerjisinin verilməsi bərpa edilsə də, "həmin anlarda metropolitendə çətin anların yaşanıb-yaşanmaması" sualı şəhər sakinlərini narahat edib.

News24.az -a açıqlama verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, elektrik enerjisi kəsildiyindən "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti dayanıb. Hazırda hərəkət bərpa olunub və sərnişinləri qəbul edir. İşıqlar sönərkən tuneldə qalan olmayıb və problem yaşanmayıb.

 İlhamə