Sığorta şirkətinə kələk gəldi - Bütün ailəsi intihar etdi
    • 17-10-2018, 18:00
    • 997

Sığorta şirkətinə kələk gəldi - Bütün ailəsi intihar etdi

Çində dəhşətli ailə dramı yaşanıb.
Ailə başçısının hiyləsi həyat yoldaşı və iki övladının ölümünə səbəb olub.
Belə ki, həyatını sığorta edən 34 yaşlı He adlı şəxs ölümündən sonra 31 yaşlı həyat yoldaşına ödəniş edilməsi barədə müqavilə imzalayıb. Daha sonra o, sığorta şirkətini aldatmaq niyyətilə özünü yol qəzasında ölmüş kimi göstərib. Henin avtomobili bir göldə tapıldığı üçün onun öldüyünə hər kəs inanıb.
Henin öldüyünü zənn edən həyat yoldaşı məktub yazaraq iki övladı ilə birlikdə göldə intihar edib.
Axtarış nəticəsində qadının, 4 yaşlı oğlunun və 3 yaşlı qızının cəsədi evin yaxınlığındakı göldən tapılıb. O, ölümündən öncə yazdığı məktubda “ailəmizin yenidən birlikdə olmasını istəyirəm” sözlərini qeyd edib.
He ailəsinin intihar xəbərini eşitdikdən sonra polisə təslim olub.
Qeyd edək ki, Henin daha öncə 3 yaşlı qızının müalicəsi üçün borc pul almaq məcburiyyətində qaldığını deyərək ağladığı videonu internetdə paylaşdığı məlum olub.