-
- 24-12-2020, 14:06
- 490
Rusiyada rekord ölüm və yoluxma - Qonşu ölkələrdə vəziyyət
Rusiyada son bir gündə 29 min 935 yeni yoluxma faktı qeydə alınıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstəricidir.
News24.az istinadən xəbər verir ki, ölkədə koronavirusda günlük ölüm sayında da rekord qeydə alınıb. Belə ki, son 24 saat ərzində 631 pasiyent həyatını itirib, bununla da vəfat edənlərin sayı 53 min 96 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 2 milyon 370 min 857 nəfər sağalıb.
Ölkə üzrə ümumilikdə 2 milyon 963 min 688 nəfər insan koronavirusa yoluxub.
Gürcüstanda son 24 saat ərzində daha 1 972 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 216 min 843-ə çatıb.
Ölkədə sutka ərzində daha 43 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2276-ya çatıb. Ümumilikdə sağalanların sayı isə 194 min 705 nəfərdir.
Ermənistanda son sutka ərzində daha 702 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 156 min 142 nəfərə çatıb. Daha 23 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 714-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 136 min 766 nəfərdir.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.