"Vətən oğlu" - VİDEO
    • 24-12-2020, 14:51
    • 1 397

"Vətən oğlu" - VİDEO

Xalq artisti Aygün Kazımova "Vətən oğlu" adlı klipini təqdim edib.

News24.az xəbər verir ki, sözləri Nəriman Abbaszadə, musiqisi Fərid Kərimliyə məxsus mahnını müğənni Prezident İlham Əliyevin ad gününə həsr edib. Klipi Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb. Kazımovanın obrazları üzərində dünyaca məşhur modelyer, həmyerlimiz Rüfət İsmayıl çalışıb. Ekran işində Aygün Kazımova "Afffair" və Çiğdem Akının kolleksiyasından olan geyimlərdən istifadə edib.

"Vətən oğlu" klipi Xalq artistinin rəsmi "Youtube" kanalında yerləşdirilib.

Sevda Bayramova