Röya ilə Rauf bir araya GƏLDİLƏR - VİDEO
    • 25-12-2020, 17:36
    • 746

Röya ilə Rauf bir araya GƏLDİLƏR - VİDEO

Xalq artisti Röya Ayxan müğənni Raufla duet layihəsini təqdim edib.

News24.az-ın məlumatına görə, musiqisi Nicat Məlikov, sözləri Elnurə Nağıyev və Nicat Məlikova məxsus mahnı “Olar” adlanır.
Ekran işi cəsarətli səhnə performansı  və sözləri ilə diqqət çəkib. Belə ki, “Olar” layihəsində Röya və Rauf Uilyam Şekspirdən oxuyaraq deputat, müəllim, həkim və vəkillərə eyham ediblər.

Klipin çəkilişləri Bakı şəhərində olub və pandemiya dövründə tətbiq edilən karantin tədbirlərinə riayət edilib. Çəkiliş prosesində iştirak edən hər bir komanda üzvünün sosial məsafə, maska və s. kimi gigiyena qaydalarına əməl olunması təmin edilib, baş qəhrəmanlar “COVID-19” testini verdikdən sonra bir araya gəliblər.