-
- 18-10-2018, 11:30
- 992
Azərbaycanda futbolçu baş məşqçini döydü
Azərbaycan futbolunda daha bir şok olay yaşanıb.
Gəncənin "Kəpəz” komandasının baş məşqçisi Etibar İbrahimov döyülüb.
Gəncədəki mənbələrdən daxil olan məlumatda bildirilir ki, onu "Kəpəz”in müdafiəçisi Şöhrət Quliyev vurub. Buna səbəb isə məşq zamanı məşqçinin Quliyevi ağır ifadələrlə təhqir etməsi olub.
Məşqçinin söyüşlərindən sonra yumruqlar işə düşüb və İbrahimov Şöhrət Quliyev tərəfindən döyülüb.Xəsarət alan çalışdırıcı xəstəxanaya müraciət etməyib. Hazırda söz-söhbətin böyüməməsi üçün müdafiəçi ilə baş məşqçinin münasibətlərinin qaydaya salınması üçün işlər aparılır.
"Kəpəz"in mətbuat katibi Azad Mustafayev Etibar İbrahimovun futbolçu Şöhrət Quliyevi təhqir etdiyi və bu üzdən müdafiəçi tərəfindən döyülərək xəsarət alması ilə bağlı xəbərlərə aydınlıq gətirib:
"Bu gün Şöhrət komandanın məşqində iştirak edib. Siz fikirləşin, məşqçini vuran futbolçu komandada qala bilər? Təbii ki, həmin oyunçu uzaqlaşdırılmalıdı. Futbolçularımızdan biri qırmızı vərəqə alıb meydanı tərk edərkən "Kəpəz"in formasını yerə çırpmışdı. Etibar müəllim də həmin futbolçunu cəzalandıraraq bir müddət məşqlərdən uzaqlaşdırmışdı. Məşqçi ailənin başçısı hesab olunur. Hansısa futbolçu məşqçini vursa, onu komandada saxlayarlarmı? Dediyim odu ki, hamısı boş söhbətlərdi. Özü də həmin fikir ayrılığı şəklində baş verən hadisə 12 gün öncə olub. Özünə hörmət edən baş məşqçi də ona əl qaldıran futbolçunu heyətdə saxlamaz. Şöhrət isə məşqlərdə iştirak edir, oyunlara hazırlaşır".
//sport7.az