İşsizlikdən sığorta fondunun gələn il üçün büdcəsi təsdiqləndi
    • 31-12-2020, 12:48
    • 462

İşsizlikdən sığorta fondunun gələn il üçün büdcəsi təsdiqləndi

Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" qanunu imzalayıb.

News24.az xəbər verir ki, sənədə əsasən, işsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769 146,0 manat məbləğində təsdiq edilib.

Müəyyən edilib ki, 2021-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:


Gəlirlərin mənbələriMəbləğ (manatla)

İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi
o cümlədən:
120 000 000,0
1.1.büdcədən maliyyələşən təşkilatlar üzrə16 771 559,0
1.2.büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə16 771 559,0
1.3.qeyri-büdcə sektoru üzrə86 456 882,0

Sair gəlirlər30 000,0

2020-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti
37 739 146,0

Müəyyən edilib ki, işsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:


Xərclərin istiqamətləriMəbləğ
(manatla)

İşsizliyə görə sığorta ödənişləri13 000 000,0

Peşə hazırlığının təşkili7 000 000,0

Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi2 000 000,0

Əmək yarmarkalarının, əmək birjalarının təşkili1 000 000,0

Haqqı ödənilən ictimai işlərin təşkili2 000 000,0

Özünüməşğulluq tədbirlərinin təşkili68 774 200,0

Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi2 000 000,0

Peşə standartlarının hazırlanması2 000 000,0

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri41 994 946,0

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri15 000 000,0

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi2 000 000,0

Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri1 000 000,0

İlin sonuna işsizlikdən sığorta fondunun(o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.