“Azərenerji” əhalidən üzr istədi
    • 12-07-2018, 18:10
    • 1 839

“Azərenerji” əhalidən üzr istədi

“Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli  hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.
 
Bu barədə “Azərişıq” ASC-nin yaydığı məlumatda deyilir.
 
”Azərişiq” ASC  öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı Metrosu, Heydər Əliyev  hava limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda  həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar.
 
"Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC  istehlakçılarından üzr istəyir", - deyə məlumatda vurğulanıb.

// news24.az