Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəlir
    • 4-01-2021, 13:18
    • 452

Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəlir

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün “IL-76” təyyarəsi ilə Azərbaycana gəlirlər.

News24.az Rusiya FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, qrup 20 nəfərlikdir və pirotexniklər, xilasedicilərdən ibarətdir. 

Eyni zamanda təyyarənin göyərtəsində 3 ədəd minatəmizləyən texniki robot avandanlığı da var.

Humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda işləyəcəklər.