Trampın "Ferrari"si hərraca çıxarılır
    • 6-01-2021, 10:00
    • 334

Trampın "Ferrari"si hərraca çıxarılır

ABŞ prezidenti Donald Trampın "Ferrari" F430 markalı avtomobili hərracla satışa çıxarılır. 

News24.az xəbər verir ki, hərracın keçiriləcəyi saytda bildirilib ki, avtomobil 2007-ci ilin istehsalıdır və dəri salona malikdir. Avtomobilin sənədləri arasında D.Trampın imzası da yer alacaq. "Ferrari"nin yürüşü təxminən 11 min kilometrdir.

Hərracın 7-16 yanvar tarixlərində baş tutacağı qeyd olunur.