-
- 7-01-2021, 13:27
- 1 250
İntihar edən qazi Vüsal Musayev özünü hamam xalatının kəməri ilə BOĞUB- QARDAŞI DANIŞDI
"Sonuncu dəfə qardaşımı dekabrın 15-də görmüşəm. Sentyabrın 29-da xəstəxanaya yerləşdirildi, sonra evə gətirdik, amma yenidən özünü yaxşı hiss etmədi və Vüsal Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində müalicə alan yerləşdirildi. Vüsalın psixoloji problemləri var idi. Xəstəxanaya apardıq, amma yanında qalmağa qoymadılar. Bizə deyildi ki, "narahat olmayın, biz özümüz necə lazımdır baxacağıq". Amma baxmadılar, qardaşım öz canına qıydı. Çox qorxurduq ki, özünə nəsə edə bilər. Və elə düşündüyümüz kimi də oldu. Qorxduğumuz başımıza gəldi. Dünən axşam zəng gəldi və cənazəsinin arxasınca getdim. Vüsal Hərbi Hospitalın hamamında hamam xalatının kəməri ilə özünü asıb".
Bu sözləri News24.az-a açıqlamasında Vətən müharibəsi iştirakçı ağır kəllə-beyin travması xəsarəti alaraq yaddaşını itirən, ötən gün isə intihar edən 35 yaşlı qazi Vüsal Musayevin qardaşı Ramin Musayev deyib.
R. Musayev qeyd edib ki, qardaşı hazırda Goranboy rayonunun Börü kəndinin qəbirstanlığında dəfn edilir.
Vüsalın Vətənə çox bağlı olduğunu bildirən Ramin Musavev, qardaşının Vətən müharibəsinə öz arzusu ilə qatıldığını qeyd edib: "Vüsalın Vətənə sevgisi böyük idi. Nə qədər dedik ki, getmə, körpə övladların var, amma o, yenə də öz yolundan dönmədi, onu saxlaya bilmədik. Biz ailəmizdə iki bacı, beş qardaş idik, amma Vüsalın yeri tam fərqli idi. Qardaşlarımdan biri də bir neçə il əvvəl cərəyan vurması səbəbindən dünyasını dəyişib".
Qeyd edək ki, 8 yaşından Kəlbəcər rayonunun Zəyli kəndindən köçkün düşən V.Musayev və ailəsi Goranboyun ucqar kəndində yaşayıblar. Vüsal Musayevin dekabrın 3-də intihara cəhd etdiyi də məlum olub.
Vüsal Musayev döyüşlərdə göstərdiyi şücaətə görə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Əlavə edək ki, qazi Vüsal Musayevin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Sevda Bayramova