"YAŞAT" Fondu 2 787 şəhid və qazilərin ailə üzvlərilə görüşlər keçirilib
    • 8-01-2021, 12:31
    • 481

"YAŞAT" Fondu 2 787 şəhid və qazilərin ailə üzvlərilə görüşlər keçirilib

“Dekabrın 9-dan YAŞAT Fondunun fəaliyyəti ilə bağlı ciddi addımlar atılıb. Ümumilikdə 2 787 şəhid və qazilərimizin ailə üzvləri ilə görüşlər keçirilib”.

News24.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.