30 prokurorluq işçisi məsuliyyətə cəlb edilib - Ba. prokuror
    • 8-01-2021, 13:04
    • 687

30 prokurorluq işçisi məsuliyyətə cəlb edilib - Ba. prokuror

Yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.