-
- 8-01-2021, 13:07
- 560
Məcburi köçkünlər üçün tikilmiş 4700 ev şəhid ailələrinə ayrıldı
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti keçən il məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr və hündürmərtəbəli binalardan ibarət yaşayış komplekslərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verib. Həmin mənzillər şəhid ailələrinə paylanılacaq”.
News24.az xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.
O bildirib ki, söhbət 4700 mənzilli qəsəbələrdən və hündürmərtəbəli binalardan ibarət yaşayış komplekslərindən gedir: "Həmin qəsəbələr Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonu ərazisində, həmçinin Samux və Lənkəran rayonu ərazisində inşa edilib.
Həmin komplekslər artıq istifadəyə hazırdır. Bu yaşayış kompleksləri zəruri olan sosial texniki infrastrukturlarla təchiz edilib. Komplekslərdə məktəblər, uşaq bağçaları, klub icmaları və digər infrastruktur obyektləri salınıb. Tam olaraq yaşayış üçün hazır vəziyyətdədir".