-
- 9-01-2021, 12:40
- 669
Vətən müharibəsini işıqlandıran fotoqraflar “Mədəniyyət/Culture” jurnalında - FOTO
Ötən ilin yanvar ayından etibarən “Gilavar” Azərbaycan Foto Klubu Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr olunan “Mədəniyyət/Culture” elmi-metodiki, publisistik jurnalı ilə birgə yeni rubrikaya start verib.
Jurnalın “Həmkarlarımız” rubrikasında Azərbaycan foto sənətinin inkişafına töhfə verən, çəkdikləri fotolarla tarix yazan, Azərbaycanı xarici ölkələrdə və beynəlxalq fotomüsabiqələrdə təmsil edən fotoqraflar və fotomüxbirlərlə söhbətlər yer alır. Eyni zamanda, onların qazandıqları nailiyyətlər, onlara uğur gətirən fotolar, fotoqraf həmkarlarına tövsiyələr də oxuculara çatdırılır.
News24.az xəbər verir ki, Vətən müharibəsinə həsr olunan dərginin altıncı nömrəsinin bir neçə səhifəsi döyüşlər zamanı qaynar nöqtələrdə çalışan fotomüxbirlərə həsr edilib. Burada 44 günün fotoxronikası ilə yanaşı, həmin dönəmdə fotoqrafların keçirdiyi hisslər, yaşadıqları anlar, onların fədakarlıqlarından bəhs olunur. Bundan başqa, jurnalın digər səhifələrində müzəffər Azərbaycan Ordusunun qazandığı qələbə sayəsində 9 noyabrda Azadlıq meydanında keçirilən Zəfər Paradı günü foto klubun üzvləri tərəfindən çəkilən fotolar da yer alır.
Qeyd edək ki, “Gilavar” Azərbaycan Foto Klubu 2017-ci ilin dekabr ayının 1-də yaradılıb. Klubun məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, yaradıcı insanların imkanlarından istifadə etmək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsilə tanıtmaqdır.