“Azərenerji” Suqovuşanda kiçik su elektrik stansiyalarının TƏMİRİNƏ BAŞLADI
    • 12-01-2021, 10:35
    • 451

“Azərenerji” Suqovuşanda kiçik su elektrik stansiyalarının TƏMİRİNƏ BAŞLADI

“Azərenerji” ASC işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndində yerləşən, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb.

Bu barədə News24.az-a qurumdan məlumat verilib.

Xatırladaq ki, erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan stansiyaların yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda, döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib. Ona görə də hazırda stansiyaların maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları təmir edilir və yaxud yenisi ilə əvəzlənir.

Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerji paylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.