Koronavirusa yoluxanların sayı 92.8 milyonu keçdi
    • 14-01-2021, 13:48
    • 286

Koronavirusa yoluxanların sayı 92.8 milyonu keçdi

Dünya üzrə COVID-19-a yoluxma halları 92.8 milyonu keçib. 

News24.az xəbər verir ki, bu barədə xəstəliyin monitorinqinin aparıldığı sayt məlumat yayıb. Bildirilib ki, bu rəqəm hazırda 92 milyon 807 min 797-dir.

Statistikaya əsasən bu günə qədər virusdan sağalanların sayı 66 milyon 356 min 96-dır.

Koronavirusa yoluxan və vəziyyəti yüngül olanların sayı 24 milyon 352 min 59, ağır olanların sayı isə  112 min 133-dür.

COVID-19-dan ölənlərin sayı isə 1 milyon 987 min 509 dur.