Karantində işləyən kafelərdə 30-a yaxın müştəri cərimələndi - Video
    • 15-01-2021, 14:41
    • 420

Karantində işləyən kafelərdə 30-a yaxın müştəri cərimələndi - Video

Bakıda və Tərtərdə karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafelər aşkar edilib.

News24.az DİN-ə istinadən xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində "Azad" və "Çinar"adlı kafelərdə müştərilərə yerində xidmət göstərildiyini və karantin rejiminə əməl edilmədiyini aşkarlayıblar.

Obyektlərin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı "Azad" kafesinin icarədarı Şərafət Hacıev və "Çinar" kafesinin sahibi Tural Mirzəyev saxlanılıblar. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokollar tərtib edilib.     

Həmçinin hər iki kafedə olan ümumilikdə 26 nəfər müştəri  barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə edilib və həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.

Tərtər rayon ərazisində də karantin qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib. Kafenin icarədarı Habil Ağayevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, müştərilərə isə ciddi xəbərdarlıqlar olunub.