Mörfinin yazılmamış qanunları
    • 19-10-2018, 13:35
    • 1 072

Mörfinin yazılmamış qanunları

Gündəlik həyatımızda hər birimiz işlərimizin gedişatında olan müəyyən çətinliklərlə, tərsliklərlə qarşılaşırıq.

Belə tərsliklər həm məişət məsələrində həm də işlərimizdə bizə əngəllər törədir. Çünki hər birimiz yazılmış qanunlarla yanaşı yazılmamış qanunlara uyğun hərəkət edirik.

Amerikalı mühəndis Edvard Mörfi, 1949-cu ildə raket texnikası sahəsində sınaq apararkən cihazlardan birinin cüzi fərqlə səhv bağlanması nəticəsində bütün sistem pozulub. Bu uğursuzluqdan sonra Mörfi öz qanunlarını yazmağa başlayıb.

 Mörfinin təməl qanunlarından biri də elə bununlar bağlıdır : “Əgər hər hansısa bir xoşagəlməz halın baş vermə ehtimalı varsa, o mütləq baş verəcək”.

Qanunları sizə təqdim edirik:
1. Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir.
2. İşləməyən əşya təmirə aparılanda işləməyə başlayır.
3. Dəqiqələrlə gözlədiyin avtobus siqaret yandıranda gəlib çıxır.
4. Axtardığımız şeyi ən axrıncı baxdığımız yerdən tapırıq.
5. Telefon nömrəsini səhv yığan zaman, heç vaxt o nömrə məşğul göstərmir.
6. Müdirinizə desəniz ki, gecikməyə səbəb maşının təkərinin partlaması idi, sabah təkər hökmən partlayacaq.
7. Uzun müddət saxladığınız əşyanı atmaq olar. Hər hansı bir əşyanı atan kimi o sizə lazım olacaq.
8. Zərfi möhürləyən anda ağla yeni fikirlər gəlir.
9. Tıxacda olan zaman, olduğunuz xətti dəyişən kimi, əvvəl olduğunuz xətdə hərəkət başlayacaq.
9. Kiməsə nəyinsə işləmədiyini göstərmək istəyən zaman, o həmişə işləyəcəkdir.
10. Nəhayət ki, ən çox xoşunuza gələn məhsul tapan kimi, onun istehsalı dayandırılacaq.
11. Sizi tanıyan birinin görmə ehtimalı heç kimin sizi görməməsini istədiyiniz zaman daha da çoxalır.
12. Qaşınmanın intensivliyi oraya əlin rahat çatması ilə tərs mütənasibdi.
13. Heç bir yaxşılıq cəzasız qalmaz
14. Müəllimə imtahan vaxtı çox lazımsız bir şey yazdığınızda  başınızın üstündə dayanıb yazınızı oxuyar.
15. Külək daima saçınızı ən çox dağıdacaq istiqamətdə əsər
16. Komputerdə nə qədər dərs çalışasnız belə, ananız otağa siz oyun oynayan zaman gələr.
17. İtirdiyiniz əşyanızı yalnız yenisini alan zaman tapa bilərsiniz.
18. Almaq istədiyiniz  geyimin ən ucuzunu nə qədər axtarsanızda,alış – veriş bitdikdən sonra qarşınıza çıxacaq.
19. Bir işi həll etmənin ən asan yolu,iş bitdikdən sonra ağlınıza gələcək.
20. Əgər bir yerə tələsirsinizsə, hökmən tıxaca düşəcəksiniz.
Şəlalə Ağayeva