Ermənistanın "...heç zaman ola bilməz" dediyini AZƏRBAYCAN ORDUSU ETDİ - FOTOLAR -VİDEO
    • 18-01-2021, 18:43
    • 675

Ermənistanın "...heç zaman ola bilməz" dediyini AZƏRBAYCAN ORDUSU ETDİ - FOTOLAR -VİDEO

Xəbər verdiyimiz kimi, 44 günlük Zəfər tariximizdə Ermənistan üzərindəki parlaq qələbəmizi əks etdirən "Zəfər muzeyi" yaradılır. Ağ şəhər ərazisində yaradılan məkanda məhv edilən, həm də qənimət kimi götürülən yüzlərlə hərbi texnikalar cəmləşdirilib. 

Zəfər memorial kompleksi indidən böyük marağa səbəb olub. İnsanlar bu ünvana gəlib şəkil çəkdirərək qələbəmizi əbədiləşdirirlər. 

News24.az-a verilən məlumata görə, "Zəfər muzeyi"nin açılışı fevral ayının son günlərinə nəzərdə tutulub.

Hələ ki, tam hazır olmayan Zəfər Muzeyindən lentə aldığımız görüntüləri təqdim edirik:

Sevda Bayramova
VİDEO - FOTO: Hüseyn Həsənov