"BakuBus" MMC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
    • 25-01-2021, 18:46
    • 559

"BakuBus" MMC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”na daxil edilib. 

News24.az
-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.