Bakıya yağış, bölgələrə qar yağıb - FAKTİKİ HAVA
    • 30-01-2021, 16:50
    • 693

Bakıya yağış, bölgələrə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a bildirilib ki, yanvarın 30-u saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, arabir yağıntılı olub.

Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Lənkəran, Ağsu, Quba, Biləsuvar, Ceyrançöl, Xaçmaz, Şabran, Nabran, Bakıda və Abşeron yarımadasında: Maştağa, Binə, Neft Daşları, Pirallahı, Cilov adasında yağış, Qrız, Xaltan, Qusar, Altıağac, Mərəzə, Şamaxı, İsmayıllı, Qəbələ, Kişçay (Şəki), Göyçay, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Şahdağ, Xınalıqda qar yağıb.