Məktəb direktorları üçün nəzərdə tutulan layihəyə yenidən start verilir
    • 4-02-2021, 12:26
    • 544

Məktəb direktorları üçün nəzərdə tutulan layihəyə yenidən start verilir

Məktəb direktorları üçün nəzərdə tutulan layihəyə yenidən start verilir. 
 
News24.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEduAz Təhsil Portalı tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan layihə davam edir.

2020-2021-ci tədris ilinin əvvəlindən həyata keçirilən layihə mövcud vəziyyətlə əlaqədar müvəqqəti olaraq dayandırılsa da, ənənəvi təhsilin bərpası nəzərə alınaraq, yenidən həyata keçirilir.

“Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” layihəsinin əsas məqsədi ümumi təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə məktəb direktorlarının tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair idarəedici və pedaqoq kimi praktik təcrübəsini, müvafiq təklif və tövsiyələrini bölüşmək, həmçinin məktəb kollektivi, şagird və valideynlərin mövcud şəraitdə davranış qaydaları ilə bağlı real vəziyyəti ictimailəşdirməkdən ibarətdir.

Məktəb direktorları layihə çərçivəsində yeni tədris mühitində ümumi təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrlərinin icrası çərçivəsində həyata keçirilən işlərə dair məqalələrlə çıxış edə bilərlər. Məqalələrdə tədrisin əyani formada təşkili, distant təhsil təcrübəsi, məktəblərdə sanitar-gigiyenik tələblərin tətbiqi vəziyyəti, məktəbdaxili davranış qaydaları, şagirdlərin maarifləndirilməsi, onların asudə vaxtının idarəolunması və yaradıcılıq qabiliyyətlərinin inkişafı barədə müvafiq yanaşmaların təqdim edilməsi nəzərdə tutulur.