Mədəniyyət Nazirliyi Alman kilsəsinin görüntülərini yaydı - VİDEO
    • 8-02-2021, 15:51
    • 619

Mədəniyyət Nazirliyi Alman kilsəsinin görüntülərini yaydı - VİDEO

Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Alman lüteran kilsəsi haqqında məlumat yayıb.

Nazirlikdən News24.az-a bildirilib ki, 1909-cu ildə almanlar tərəfindən inşa olunan kilsə Azərbaycanın Şəmkir şəhərində yerləşir.

Məkan 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib.

Lüteran kilsəsinin bərpası və əsaslı təmiri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildə həyata keçirilmişdir və abidə kimi qorunur.