-
- 13-07-2018, 11:49
- 1 478
Bakı bulvarında ilan - Rəsmi açıqlama + Video
Müğənni Emma (Elmira) Ələkbərzadə instaqramda müzakirələrə səbəb olan video paylaşıb. Sənətçi Dənizkənarı Milli Parkda xoşagəlməz hadisə ilə qarşılaşıb.
Belə ki, Ələkbərzadə bulvarın Yeni Bayıl ərazisində ilanla qarşılaşıb və onu görüntüləyərək sosial şəbəkədə yayıb.
Emma “Bəli, bura Bakıdır. Təzə Bayıl bulvarımız! Bu, qara və böyük ilandır. Özü də gürzə! Xahiş edirəm özünüzü və övladlarınızı qoruyun. Mənim üçün bulvarda gəzmək söhbəti bağlandı”- deyə şərh bildirib.
Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidovla əlaqə yaradılıb. Rəis müavini videoyla tanış olduğunu, lazımi addımların atılacağını söyləyib:
“Elmira Ələkbərzadə Azərbaycanda kifayət qədər tanınmış, sevilən və hörmətli mədəniyyət işçisidir. Biz onun səmimiyyətinə inanırıq. Həmin görüntülərdəki yer bulvar ərazisinə oxşayır. Amma bizim əməkdaşlar bu günə kimi bulvarda ilan görməyiblər.
Havalar isti keçir, ilan ölkənin hər yerində olduğu kimi Bakı şəhərində də ola bilər. Bu, bizə siqnal idi. Videoya baxandan sonra işə daha çox ciddi yanaşmağa başladıq. İdarəninin bütün işçilərinə tapşırıqlar verilib ki, diqqətli olsunlar. Bundan əlavə, bütün icra orqanları və nazirliklərlə əlaqələri gücləndiririk. İnsan olan yerdə ilan olmağı xoşagələn hadisə deyil”.
//Qafqazinfo.az